HR və Maliyyə

Əməkhaqqı Uçotu və Hesablama Sistemi

Əməkhaqqı hesablamaları, vergi kəsintiləri, sosial sığorta və HR hesabatları üzrə peşəkar təlim. Real biznes ssenariləri ilə praktiki öyrənin.

1 ay / 16 saatHəftədə 2 gün / 4 saatOnline

Real HR & Payroll Cases

Real şirkət ssenariləri ilə praktiki hesablama

End-to-End Payroll Process

Əmək müqaviləsindən hesabat verməyə qədər tam proses

Legislation & Compliance

Əmək qanunvericiliyi və vergi qaydalarına uyğunluq

Mentorship Support

Təlimçi dəstəyi ilə təlimdən sonrakı mentorluq

Niyə Əməkhaqqı Uçotu Öyrənməlisiniz?

Hər şirkətin ən vacib HR və maliyyə proseslərindən biri əməkhaqqı uçotudur. Düzgün hesablamalar, qanunvericiliyə uyğunluq və vaxtında hesabatlar şirkətin uğurunu təmin edir.

  • Əmək Məcəlləsinə əsasən düzgün hesablamalar aparma
  • Vergi və sosial sığorta kəsintilərini professional idarə etmə
  • HR hesabatlarını vaxtında və səhv olmadan təqdim etmə
  • Excel ilə avtomatlaşdırılmış əməkhaqqı cədvəlləri yaratma
  • Karyerada HR və maliyyə sahəsində daha yüksək maaş imkanları
Əməkhaqqı Uçotu

Təlim Proqramı

1

Əməkhaqqının Hüquqi Əsası, Anlayışı və Tərkibi

  • Əməkhaqqının hüquqi mahiyyəti və normativ əsası
  • Tarif maaşı, əlavələr, mükafatlar və digər ödənişlər
  • Vaxtamuzd və işəmuzd sistemləri üzrə formalaşma
  • Gross və net əməkhaqqı anlayışları
  • Excel üzərində avtomatlaşdırılmış hesablamalar
2

Əməkhaqqına Əlavələr və Əlavə Funksiyaların Ödənilməsi

  • Əmək şəraitindən asılı əlavə ödənişlər
  • Funksional yüklənmə və əvəz etmə halları
  • Gecə vaxtı iş və çox növbəli iş rejimi
  • Əlavə ödənişlərin ümumi məbləğə təsiri
  • Şərtə bağlı avtomatik hesablamalar
3

Vergi və Məcburi Tutulmaların Hesablanması

  • Gəlir vergisinin hesablanması prinsipləri
  • Dövlət sosial sığorta haqqı (DSMF)
  • İşsizlik sığortası fondu kəsintiləri
  • Məcburi tibbi sığorta (ƏMDS)
  • Net məbləğin əldə edilməsi ardıcıllığı
4

Orta Əməkhaqqı, Məzuniyyət və Əməkhaqqı Saxlanılan Hallar

  • Orta əməkhaqqının hesablanma qaydaları
  • Əmək məzuniyyəti və sosial məzuniyyətlər
  • Xəstəlik vərəqəsi ( hospital ) ödənişləri
  • Əməkhaqqı saxlanılan məcburi hallar
  • İcrası və digər tutulmaların tətbiqi
5

Ezamiyyət, Növbəli İş Rejimi və Xüsusi Ödəniş Halları

  • Ezamiyyət ödənişlərinin hesablanması
  • Növbəli iş rejimi və növbə əlavələri
  • Bayram və istirahət günlərində iş
  • Fərdi əmək müqaviləsi ilə bağlı xüsusi hallar
  • Praktiki ssenari üzrə hesablama tapşırıqları
6

Hesabatlılıq, Bəyannamə və Rəsmi Təqdimat

  • Aylıq əməkhaqqı hesabatının forması
  • DSMF və vergi bəyannamələrinin təqdimatı
  • Əmək müqavilələri və T-2 kartları
  • Elektron hesabat sistemləri (e-Soc,
  • Sənəd dövriyyəsi və arxivləşdirmə

Kimlər Üçündür?

HR Mütəxəssisləri

Əməkhaqqı hesablamaları və hesabatları üzrə bacarıqlarını artırmaq istəyən HR mütəxəssisləri

Mühasiblər

Şirkətin əməkhaqqı proseslərini professional idarə etmək istəyən mühasiblər

Payroll Mütəxəssisləri

Əməkhaqqı uçotu sahəsində ixtisaslaşmaq istəyən və ya biliklərini artırmaq istəyən mütəxəssislər

Yeni Başlayanlar

HR və maliyyə sahəsində karyera qurmaq istəyən, əməkhaqqı sistemini sıfırdan öyrənmək istəyənlər

Tez-tez Verilən Suallar

İnsan Resursları mütəxəssisləri, mühasiblər, əməkhaqqı üzrə mütəxəssislər, maliyyə sahəsində çalışan şəxslər və bu sahədə biliklərini artırmaq istəyən yeni başlayanlar üçün nəzərdə tutulub. Həmçinin əməkhaqqı proseslərini daha effektiv idarə etmək istəyən rəhbər şəxslər üçün də uyğundur.

Təlimçi Haqqında

Həmid Məmmədzadə

Əməkhaqqı Uçotu, Payroll İdarəetməsi Üzrə Ekspert

Əməkhaqqı uçotu, payroll idarəetməsi və HR əməliyyatları sahəsində ixtisaslaşmış mütəxəssisdir. Azersun Holdinqinə daxil olan "Al Market" MMC-də İnsan Resursları üzrə Aparıcı Mütəxəssis, həmçinin təlimçi kimi fəaliyyət göstərmişdir. HR və orientasiya təlim proqramlarının hazırlanması və keçirilməsində iştirak etmiş, HR proseslərinin avtomatlaşdırılması və payroll hesablamalarının optimallaşdırılması istiqamətində fəaliyyət göstərmişdir.

Hazırda Tamstore MMC-də Əməkhaqqı Bölməsinin rəhbəri vəzifəsində fəaliyyət göstərir, əməkhaqqı fondunun idarə olunması, HRIS/ERP sistemləri üzərindən hesablamaların aparılması, analitik hesabatların hazırlanması və proseslərin avtomatlaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.

Əməkhaqqı Uçotu Təliminə Qoşulun

HR və maliyyə bacarıqlarınızı bir addım irəli aparın. İndi müraciət edin və ilk dərsdə iştirak edin.